Sentyabrın 11-də ilk Yerevan-Van birbaşa reysi həyata keçirilə bilər

Sentyabrın 11-də ilk Yerevan-Van birbaşa reysi həyata keçirilə bilər

Sentyabrın 11-də ilk Yerevan-Van birbaşa reysi həyata keçirilə bilər. SİA-nın xəbərinə görə, bunu Yerevana gələn 30 iş adamından ibarət nümayəndə heyətinə rəhbərlik edən Vanın Ticarət-Sənaye Palatası Şurasının rəhbəri Abdulla Tuncdəmir bildirib. "Vanda yerləşən dövlətlərarsı hava limanı rekonstruksiyadan sonra beynəlxalq hava limanına çevriləcək. Əgər hər şey plana uyğun gedərsə, onda sentyabrın 11-də Yerevanla Van arasında müntəzəm hava nəqliyyatının başlanğıcını qoyacaq birinci reys baş tutacaq", - o deyib.

Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyi hadisələrin gedişatını izləyir və gələcək ssenaridən asılı olaraq reaksiya verəcək. Bu sözləri SİA-ya açıqlamsında XİN-in mətbuat xidməti rəhbərinin birinci katibi Elman Abdullayev deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə