Prezident İlham Əliyev İslam Kərimova başsağlığı verib

Prezident İlham Əliyev İslam Kərimova başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti İslam Kərimova başsağlığı verib.

SİA-nın xəbərinə görə, başsağlığında deyilir: "Ölkənizdə baş vermiş zəlzələ nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!".

Bütün xəbərlər Facebook səhifəmizdə