Şura region QHT-ləri üçün növbəti təlimlərə start verib

Şura region QHT-ləri üçün növbəti təlimlərə start verib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası region QHT-lərinin bilik və bacarıqlarının artırılması üçün növbəti təlimlərin təşkilinə başlayıb.

Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təlimlər xarici fondların və donorların vəsaitlərinin Azərbaycana cəlb edilməsi sahəsində QHT-lərin bilik və bacarıqlarının artırılması, QHT -lərin müsbət təcrübəsinə həsr olunmuş müzakirə və debatların keçirilməsi mövzularını əhatə edir.

12 iyul 2011-ci ildə Mingəçevir RQRTM-də başlanmış təlimlər daha sonra Qəbələ, Şirvan, Quba və Şəmkir resurs-təlim mərkəzlərində davam edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə