Tina Kaydanounun yeri boş qalmayacaq

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini vəzifəsinə Erik Rubin təyin edilib. ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, E. Rubin bu vəzifədə Tina Kaydanounu əvəz edəcək. Yeni vəzifədə Erik Rubin Qafqazlar, Türkiyə, Kipr və Yunanıstanla bağlı məsələlərlə məşğul olacaq.

Son dörd ildə E. Rubin ABŞ-ın Rusiyadakı səfirinin müavini vəzifəsində çalışıb. Bundan öncə isə Ukrayna, Honduras və Tailandda müxtəlif diplomatik vəzifələrdə çalışıb.

Ötən ilin 80-90-cı illərdə E. Rubin Dövlət Departamentində müxtəlif məsul vəzifələrdə işləyib. Karyerasında qısa müddətli jurnalist təcrübəsinə malik E. Rubin Amerikanın Yel Universitetinin tarix fakültəsinin məzunudur.

Bütün xəbərlər Facebook səhifəmizdə