AZERFON "Ölkənin inkişafında mobil rabitənin rolu" jurnalist müsabiqəsi çərçivəsində İKT sahəsində çalışan jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik etdi və müsabiqə qaliblərini mükafatlandırdı.
SİA-nın xəbərinə görə, 20 İyul 2011-ci il tarixdə "Park İnn" mehmanxanasında Azerfon MMC-nin dəstəyi, Rabitə ve İnformasiya Texnologiyaları Nazirliyinin iştiraki, "Yeni Nəsil" Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin təşkilatçılığı ilə "Ölkənin inkişafında İKT və Mobil rabitənin rolu" mövzusunda jurnalist müsabiqəsinin qalibləri mükafatlandırıldı. İnformasiya kommunikasiya texnologiyaları sahəsində yenilikləri peşəkarcasına işıqlandırdığına görə bir qrup jurnalistə pul mükafatları və sertifikatlar təqdim edildi.
Mükafatlandırma mərasimində çıxış edən Azerfonun baş icraçı direktoru Yurgen Peetz jurnalistləri bir daha milli mətbuat günü münasibətilə təbrik edib: "Müasir dövrdə informasiyaya malik olmaq böyük əhəmiyyət kəsb edir. Məlumatların geniş auditoriyaya peşəkar şəkildə çatdırılmasında isə jurnalistlərin əvəzsiz rolu vardır. Azerfon şirkətinin təqdim etdiyi məhsul və xidmətlərə olan böyük marağa və mütəmadi olaraq onların işıqlandırılmasına görə jurnalistlərə çox minnətdarıq. Bayramınızı bir daha təbrik edirəm və fəaliyyətinizdə uğurlar arzu edirəm".
Qaliblər:
1 yer:
Qurban Yaquboğlu
2 yer
Fərəh Sabirqızı
Rəşad Baxşəliyev
3 yer
Zümrüd Dəmirova
Gültəkin Knyazqızı
Emil Eyyubov
Həvəsləndirici yerlər:
Nigar Qafarlı
Ramiz Mikayıloğlu
Vuqar Haqverdiyev
Əfsun Sucayev
Qeyd edək ki, müsabiqə nəticəsində 5 qalib seçilib (1-ci yer – 1 nəfər, 2-ci yer -2 nəfər, 3-cü yer – 3 nəfər) və 4 xüsusi mükafat verilib. 1-ci yeri tutan qalib 500 AZN, 2-ci yer sahibləri – 300 AZN, 3-cü yer tutanlar – 200 AZN, xüsusi mükafatların məbləği 100 AZN təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB