Azərbaycan yenidən Əfqanıstana nota göndərib

Azərbaycan yenidən Əfqanıstana nota göndərib

Azərbaycanın Xarici İşlər Nazirliyi Əfqanıstana yeni nota göndərib. SİA-nın "1news"a istinadən verdiyi xəbərə görə, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib ki, Nazirlik "İl 76" təyyarəsinin "qara qutusu"nun açılmasında azərbaycanlı mütəxəssisləri təmin etmək məqsədilə nota göndərib: " "Qara qutu" Əfqanıstan tərəfinin əlindədir. Biz "qara qutu"nun açılmasında azərbaycanlı mütəxəssislərin də iştirakını tələb etmişik. Bu məqsədlə Əfqanıstan hökuməti və nəqliyyat nazirliyinə nota göndərmişik".

Səfir eyni zamanda məsələ ilə bağlı NATO-nun Əfqanıstandakı komandanlığına da nota təqdim etdiklərini bildirib: "Azərbaycan NATO komandanlığından xüsusi komissiyanın üzvlərinin qəza yerinə səfər etmələrini, eləcə də təhlükəsizliklərinin təmin edilməsini tələb edir".

Bütün xəbərlər Facebook səhifəmizdə