Lavrov: \"Azərbaycanın cavabını öyrənəcəyik\"

Lavrov: \"Azərbaycanın cavabını öyrənəcəyik\"

Rəsmi Moskva Azərbaycan Prezidenti İlham Əlıiyevin Medvedevin təklifinə cavabını öyrənəcək. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib: "Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya üçün prioritetdir. Baza prinsipləri layihəsi tərəflərin sülh sazişi üzərində işləmək niyyətindən başlayır. Bizim səylərimiz hər iki ölkə ilə münasibətlərimiz kontekstində və ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi qismində davam edəcək".

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfəri zamanı rəsmi Bakının Rusiya Prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağa dair təklifinə cavabını təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə