Elmar Məmmədyarov: \"Biz hüquqi sazişin - sülh müqaviləsinin müzakirəsinə başlamalıyıq. Vaxt çatıb\"
"Danışıqlar prosesində heç də hər şey Azərbaycandan asılı deyil. Biz həmin təkliflərə Ermənistanın cavabını gözləməliyik". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfarnsında deyib.
Onun sözlərinə görə, region üçün ilk növbədə həm Azərbaycan, həm də Ermənistan üçün sabitlik vacibdir: "Kazan görüşü irəliyə doğru addım olub, müzakirələrin konkret problemlər üzrə aparıldığı nəzərə alınarsa, bəzi problemlər üzrə irəliləyiş hiss olunur. Bütövlükdə hesab edirik ki, biz bundan sonra da hələ razılaşdırılmayan mövzular üzrə müzakirələri davam etdirməliyik. Biz hüquqi sazişin - sülh müqaviləsinin müzakirəsinə başlamalıyıq. Vaxt çatıb\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB