Prezident İlham Əliyevin Sərəncamı ilə Əhmədbəyli-Alxanlı-Zobucuq avtomobil yolunun tikintisi üçün 7 milyon manat vəsait ayrılıb
Prezident İlham Əliyev Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, Sərəncama əsasən, 16 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Əhmədbəyli-Alxanlı-Zobucuq avtomobil yolunun tikintisi məqsədi ilə Füzuli Rayon İcra Hakimiyyətinə 7 milyon manat vəsait ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB