Rusiya Ermənistana satdığı təbii qazın qiymətini qaldırıb. SİA-nın Ermənistan və Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, Rusiya indiyə qədər Ermənistana satdığı qazın qiymətini dəyişərək 210 dollara çatdırıb. Qeyd edək ki, iyulun 1-nə qədər Rusiya təbii qazı Ermənistana 180 dollara satırdı. Məlumatı Rusiya tərəfi təsdiq etsə də, Ermənistanın "ArmRosqazprom" şirkəti faktın doğru, yaxud yalan olduğunu təsdiqləməyib.
Məlumata görə, gömrük xidməti iyul ayından başlayaraq qiymətləndirmə məsələsini reallaşdıracaq. Ermənistan rəhbərliyi isə aldığı bu ağır zərbənin dalğasını xalqa çatdırmamaq üçün əhaliyə satılan təbii yanacağın qiymətində dəyişiklik etməyəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB