Politoloq: “2011- ci il Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı münbit ildir”
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında zahiri fəallıq göz qabağındadır. Bu sözləri SİA-yaaçıqlamasında politoloq Elman NəsirliDağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında aparılan son danışıqlara münasibət bildirərkən deyib. Politoloq hesab edir ki, münaqişənin həllində aparılan böyük danışıqlar prosesində intensivlik mövcuddur: "İntensivlik özünü ilk növbədə nədə göstərir? Birincisi, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri həmişə olub. Bu baxımdan bu səfəri xüsusi qeyd etmək istəməzdim. Çünki bu səfərlərin nəticələri olmayıb. Amma Kazan görüşündən sonra diqqəti cəlb edən məqam odur ki, görüşdən əvvəl Azərbaycan prezidenti İlham Əliyevə ABŞ prezidenti zəng etdi, Fransa prezidenti Nikola Sarkozi məktub göndərdi, o cümlədən Birləşmiş Ştatların dövlət katibi ilə həm telefon danışığı olub, həm də Azərbaycan dövlət başçısına məktub göndərmişdi. Sonda isə Rusiya dövlət başçısı Dmitri Medvedevin xüsusi məktubu Azərbaycan və Ermənistan dövlət başçılarına Sergey Lavrov tərəfindən təqdim olundu. Bunlar hamısı bir daha təsdiqləyir ki, danışıqlar prosesində intensivlik müşahidə olunur.Mənə elə gəlir ki, bunun əsas səbəbini iki amillə bağlamaq düzgün olardı. Birinicisi, onunla bağlamaq lazımdır ki, yəni xeyli müddətdir ki, danışıqlar prosesində inhisarçı mövqedə məhz Rusiyadır. Fransa və Birləşmiş Ştatlar isə daha çox müşahidəçi statusunda çıxış edirlər. Aktiv oyunçu məhz Rusiyadır. Rusiya Kazan görüşündən sonra fərqindədir ki, artıq bu inhisarçılıq mövqeyini saxlamaq xeyli qəlizləşib.Bu nöqteyi nəzərdən rəsmi Moskvanın hazırki danışıqlar prosesində intensivlik göstərməyin əsas səbəbi odur ki, Rusiya ABŞ və Fransanı da bu prosesə daha çox cəlb edib formal şəkildə özünü bu məsələlərdə üstünlüyünü qoruyub saxlamaq istəyir. Lakin məsuliyyəti onlarla bölmək şərti ilə".Politoloqun fikrincə, münaqişə ətrafında gedən intensiv danışıqlar tək sülh yox, eyni zamanda müharibə ehtimalının real olmasından irəli gəlir: "Kim desə ki, ümumiyyətlə müharibə ehtimalı yox səviyyəsindədir, mənə elə gəlir ki, bu məsələyə səthi yanaşma olardı. Yəni indiki "Nə sülh, nə də müharibə"vəziyyəti qorunub saxlanmaqdadır. Belə bir vəziyyətdə isə müharibənin başlanması riski kifayət qədər böyükdür. Həmsədrlər və böyük dövlətlər bəyanatlardan uzağa getməyən addım atmayacaqları təqdirdə, müharibənin başlanması ehtimalı da kifayət qədər böyük olacaq. Ona görə də son zamanlar münaqişənin nizamlanması istiqamətində fəallaşmanın motivlərinin arasında müharibə variantının kifayət qədər artmasıdır. Bununla yanaşı o faktrou nəzərdən qaçırmaq olmaz ki, 2011-ci il münaqişənin həlli ilə bağlı nəsə bir ciddi addım atmaq üçün daha əlverişli bir zamandır. Çünki 2012-ci ildə həmsədr dövlətlərin hər üçündə prezident seçkiləri keçiriləcək. 2013-cü ildə isə Azərbaycanda prezident seçkiləri keçirilməsi nəzərdə tutulub. Hesab edirəm ki, 2011- ci il Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı münbit ildir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB