Fazil Mustafa: \"Dağlıq Qarabağ münaqişəsi beynəlxalq güclərin məsələyə obyektiv yanaşması ilə çözülə bilər\"
Dağlıq Qarabağ münaqişəsi beynəlxalq güclərin məsələyə obyektiv yanaşması ilə çözülə bilər. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında aparılan son danışıqlara münasibət bildirərkən deyib: "Azərbaycan Ermənistan arasında hər hansısa bir problemin çözülməsi gözlənilmir. Eyni zamanda Rusiyanın xarici siyasətində dəyişiklik kontorları görünmədikcə problemin həllindən danışmaq olmaz. Ona görə də, bir neçə faktor, işartı və yaxud addımlar olmalıdır ki, hər hansı bir şəkildə problemin həlli barədə pessimist yox, optimist düşüncə mümkün olsun".
Rəsmi Moskvanın münaqişənin həllində səylərinə gəlincə F. Mustafa: "Rusiyanın münaqişənin həllinə yanaşması "Nə hərb, nə də sülh" məsəlidir. Rusiya bütövlükdə bölgədə qalmaq üçün bu problemin uzun müddət onun inhisarında saxlanmasında maraqlıdır. Bütün məsələlər də bunun üzərində qurulub"-deyə, cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB