- Roma imperatoru Yuli Sezar anadan olub (e.ə.100)
- Səlcuq hökmdarı Şəmsəddin Eldəniz gürcülər üzərinə yürüşə başlayıb (1174)
- Holland filosof Rotterdamlı Erazm vəfat edib (1536)
- Rusiyanın Saratov şəhərinin əsası qoyulub (1590)
- Rus eskadrası Bakını tutub (1723)
- Osmanlı imperiyası ilə Rusiya arasında İstanbul müqaviləsi bağlanıb. Sənəddə Rusiya ilə Səfəvi dövləti arasında 1723-cü il 12 sentyabrda bağlanmış Peterburq müqaviləsinin şərtləri təsdiq edilib (1724)
- Azərbaycanlı dramaturq Mirzə Fətəli Axundzadə anadan olub (1812)
- Osmanlı İmperiyası Kiprin idarəçiliyini İngiltərəyə verib (1878)
- Çilili şair Pablo Neruda anadan olub (1904)
- İngilis mühəndis, "Rolls-Royce" şirkətinin banisi Çarlz Roys vəfat edib (1910)
- Türk Dil Qurumu təsis edilib (1932)
- Kursk yaxınlığında İkinci Dünya Müharibəsinin ən böyük tank döyüşü başlayıb (1943)
- Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi və Bakı şəhər Komitəsinin birgə plenumunda Mircəfər Bağırovun Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsindən azad olunması barədə qərar qəbul olunub (1953)
- Amerikalı aktrisa Mişel Rodriqes anadan olub (1978)
- Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Sovetinin sessiyasında muxtar vilayətin Azərbaycanın ərazisindən çıxması barədə antikonstitusion qərar qəbul olunub (1988)
- Azərbaycan rəhbərliyinin tələbi ilə regiona səfərə gələn ATƏM-in (ATƏT 1995-ci ilədək belə adlanırdı) Minsk qrupunun sədri Mario Raffaelli (İtaliya) erməni silahlı qüvvələrinin hücumlarına məruz qalan Ağdam rayonunda vəziyyətlə tanış olub (1993)
- Yaponiyada sunami və zəlzələ nəticəsində 3000 nəfər həlak olub (1993)
- Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan və Ermənistan üzrə "Ago" Monitorinq qrupu Azərbaycana səfər edib (2003)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB