Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevə "Bulqariya" teploxodunun qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı məktubu göndərib.

SİA-nın xəbərinə görə, məktubda deyilir: "Bulqariya" teploxodunun qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirmişdir. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə