Sergey Lavrovun erməni sevgisi onun erməni əsilli olmasında imiş - FAKT
Son zamanlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barəsində danışıqların intensivləşdiyi bir vaxtda danışıqlar prosesinin həllində ATƏT-in Minsk qrupunun həmsədr dövləti olan Rusiya və həmin ölkənin çox mühüm postlarından birinin rəhbəri olan Sergey Lovrovun həyatı gündəmdə oldu. Görün, münaqişənin həllində vasitəçilik edən Rusiya tərəflərə göndərdiyi məktubunu kimə həvalə edib? Məsələ burasındadır ki, adı çəkilən rusiyalı şəxs barəsində SİA-nın apardığı araşdırmalar nəticəsində müəyyən olunub ki, Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov erməni əsilli imiş, baxmayaraq ki, Rusiya vətəndaşıdır.
Daha dəqiqi onun atası erməni, anası isə gürcüdür. Məlumatda qeyd edildiyi kimi "\"грузинские корни и армянскую кровь\" yəni "gürcü əsilli və erməni qanı" olan bir şəxs. Bildirmək istrədik ki, məlumat http://en.wikipedia.org/wiki/Sergey_Lavrov ünvanında yerləşdirilib.
Qeyd edək ki, ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəmizdə işgüzar səfərdə olub. O, Rusiya prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı şəxsi məktubunu Azərbaycan prezidentinə çatdırmaq məqsədilə Bakıya səfər edib.
Xatırladaq ki, S.Lavrov Bakıya gəlməmişdən əvvəl Ermənistanda Serj Sarkisyanla da görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB