Azərbaycandan Əfqanistana nota!
Əfqanıstan ərazisində qəzaya uğramış Azərbaycan təyyarəsinin heyət üzvlərinin meyitlərini Kabilə çatdırılmasına yardım üçün, Azərbaycan Əfqanıstan Xarici İşlər Nazirliyinə nota ilə müraciət edib. SİA-nın məlumatına görə bu barədə Azərbaycanın Pakistanda və Əfqanıstandakı səfiri Daşqın Şikarov bildirib: \"Kabilə meyitlərin çatdırılmasına, sonradan qəza səbəblərini müəyyən etmək üçün yaradılmış Azərbaycan komissiya üzvlərinə verilməsi üçün Azərbaycan rəsmi olaraq Əfqanıstanın Xarici İşlər Nazirliyinə nota ilə müraciət edib\".


Səfirin sözlərinə görə, Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğraması səbəblərini müəyyən etmək üçün bu ölkəyə gedən komissiya üzvləri, mürəkkəb vəziyyət səbəbindən qəza ərazisinə çata bilməyiblər: \"Baxmayaraq koalisiya qüvvələri Azərbaycan Mülki Aviasiya İdarəsi və Silk Way şirkətinin mütəxəssislərindən ibarət qəzanın səbəblərini araşdıran komissiya üzvlərinin müşayiəti üçün 300 əsgər ayırıb. Qəza ərazisində anti-terror əməliyyatları aparıldığına görə, komissiya üzvləri əraziyə gedib çıxa bilməyiblər. Bunlarla yanaşı, Pakistan səfirliyinin bir əməkdaşı yerli hakimiyyət orqanları ilə axtarış əməliyyatlarını koordinasiya üçün Kabilə ezam edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com