Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti Azərbaycana gələcək

Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti Azərbaycana gələcək

Rumıniyanın hakim Demokrat Liberal Partiyasının (PDL) nümayəndə heyəti iyulun 11-də Azərbaycana gələcək. SİA-nın məlumatına görə, səfərin məqsədi iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır. Səfər çərçivəsində rumın qonaqlar bir sıra görüşlər keçirəcəklər.

PDL-in nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Qeyd edək ki, Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası ilə Rumıniyanın hakimiyyətdə olan Demokrat Liberal Partiyası (PDL) arasında "Əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə