Rusiyanın liberal müxalifətinin lideri Qarri Kasparov bəyan edib ki, Rusiya korrupsiyalaşan və avtoritar rejimdən yalnız ərəb dünyasında baş verən məlum hadisələrin təkrarlanmasıyla qurtula bilər.
SİA-nın "MIGnews.com"-a istinadən verdiyi məlumata görə, Qarri Kasparov Rusiya hakimiyyətinin "Milli Azadlıq" partiyasını dekabrda keçiriləcək seçkilərə buraxmamasını şərh edib.
Almaniyanın "dpa" agentliyinə verdiyi müsahibədə Kasparov deyib: "Rusiyada seçki, azad mətbuat yoxdur və istənilən müxalifətin üstünə polis çıxarılır".
Kasparov həmçinin deyib: "Vladimir Putin rejimi seçki bülletenlərinin sayı ilə dəyişilməyəcək. Sistem içində sistemin dəyişdirilməsi qeyri-mümkündür. "Misir variantı"ndan başqa yol qalmır. Mən seçkilərin boykotu və xalqın sosial şəbəkələr üzərindən səfərbər olunmasının tərəfdarıyam".
Müxalifətin digər lideri Mixail Kasyanov isə deyib: "Rusiyada "ərəb baharı" 3-4 ildən sonra başlaya bilər. Lakin Putin və onun assistenti Medvedev vəziyyətinecə xilasolmaq barədəindidən düşünməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB