İlham Əliyev latviyalı həmkarını təbrik edib

İlham Əliyev latviyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Andris Berzinşi təbrik edib. SİA-nın xəbərinə görə, təbrikdə deyilir: "Latviya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan-Latviya münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, dövlətlərarası münasibətlərimiz, dostluq əlaqələrimiz, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir".

İlham Əliyev Andris Berzinşə möhkəm cansağlığı, xoşbəxtlik, dost Latviya xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə