18 yaşına kimi şəxslərin it saxlaması qadağandır

18 yaşına kimi şəxslərin it saxlaması qadağandır

Ölkədə ev heyvanlarının saxlanma və davranma qaydaları, heyvanların təhlükəsizliyi və bu sahədə olan digər problemlərə son qoymaq məqsədilə qanun qəbul olunub. Heyvanların müdafiə cəmiyyətinin sədri Azər Qarayevin SİA-ya verdiyi məlumata görə, yeni qanunvericiliyə görə, bundan sonra ev və sahibsiz heyvanlarla qəddarcasına davrananlara qarşı ciddi tədbirlər görüləcək: "Qeyd edim ki, qanun layihəsinin qəbulu ev heyvanları ilə qəddar davranan şəxsləri məsuliyyətini artırmaq məqsədi daşıyır. Nazirlər Kabineti tərəfindən qəbul olunmuş qanun layihəsində ev heyvanlarının saxlanma qaydaları ilə bağlı da bir necə bənddən ibarət müddəalar əks olunub. Layihəyə itlərin ev şəraitin də saxlanması, ictimai yerlərdə çıxarılarkən ağızlıqdan istifadə, heyvanlarla düzgün davranma qaydaları kimi məqamlar da öz əksini tapıb. Yeni qanunda həmçinin iri itlərin 18 yaşına çatmamış insanlar tərəfindən saxlanması qadağan edilib. İtin davranışına görə məsuliyyəti də indidən sonra onun sahibi daşıyacaq".

Mirvari

Bütün xəbərlər Facebook səhifəmizdə