"Artıq satışda qarpız və yemiş olsa da onları almaq məsləhətli deyil. Çünki heç kim hətta bostan məhsullarından zəhərlənməyəcəyindən sığortalanmayıb". Bu sözləri SİA-ya Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib: "Əslində qarpız mövsümü avqust ayında bağlayır. Ancaq artır bu məhsullar satışdadır və buna biz tərəfindən icazə verilir. Ancaq bu məhsullarının keyfiyyətinə cavabdeh ola bilmərik". Ə. Bağırov bostan məhsullarının satış yerlərinə nəzarət olunduğunu da deyib: "Qarpız və yemiş ticarəti ilə məşğul olanlar qayda-qanunu pozduqları halda cərimələnirlər. Bunlar əsasən avtomobil yollarının kənarında ticarətlə məşğul olanlardır. Həmin ticarətçilər satdıqları məhsulu yollara səpələdikləri üçün nəqliyyatın gediş-gəlişinə mane olublar. Qadağan olunmuş ərazilərdə ticarətlə məşğul olanları 50 manatdan 100 manata kimi cərimə gözləyir".
Qarpız insanı zəhərləyə bilməz
Respublikanın baş toksikoloğu İsmayıl Əfəndiyev isə bildirib ki, hələ ki qarpızdan zəhərlənmə halı qeydə alınmayıb: "Əslində qarpızın insanı zəhərləməsi mümkün deyil. Qarpız şirin və dadlı bir məhsuldur. Qarpızdan zəhərlənmə ondan düzgün istifadə edilmədikdə baş verə bilər. Məsələn əksər halda qarpızı yuyulmadan kəsirlər. Belə olduğu halda qarpızın üzərində olan mikroblar bıçaq vasitəsilə daxilə ötürülür və mikrobların inkişafına şərait yaradır. Bu isə zəhərlənməyə səbəb olur. Qarpızın xörəkdən sonra yeyilməsi də insanı zəhərləyə bilər. Ümumiyyətlə meyvə-tərəvəz, xüsusilə də qarpız xörəkdən 30 - 40 dəqiqə əvvəl yeyilməlidir. Çünki qarpız yağlı xörəkdən sonra yeyildikdə mədənin üst hissəsinə yığılır. Yemək 2 saata qədər sorulur mədənin üst hissəsində qalan qarpız isə bu müddət ərzində qıcqırmağa başlayır. Nəticədə zəhərlənmə baş verir. Ancaq xörəkdən 30 - 40 dəqiqə əvvəl yeyildikdə o rahatlıqla sovrulur və mənfi nəticə vermir. Zəhərlənməyə səbəb günəş şüalarının təsiri də ola bilər. Bu vaxt da məhsulun tərkibinin dəyişir və insan səhhətinə zərər verir".
Qarpızı yeməzdən əvvəl sabunlayın
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qida təhlükəsizliyi şöbəsinin
müdiri İmran Abdullayev isə bildirdi ki, günəş şüalarının birbaşa təsirinə
məruz qalan məhsulu almaqdan çəkinmək lazımdır: "Maşın yollarının kənarında,
küçələrdə satılan qarpızlar günəşin təsirindən qlükoza ilə reaksiyaya girir və
toksik maddələr əmələ gəlir. Ona görə də yaxşı olar ki, bostan məhsulları bağlı
və çərçivəyə alınmış xüsusi yerlərdən alınsın. Qarpızı kəsməzdən əvvəl onu
yaxşıca yumaq da vacibdir. Hətta bu məhsulu sabun və qaynanmış su ilə yumaqla
ondan gələn təhlükəni əngəlləmək lazımdır. Qarpızı təmiz bıçaqla və tam
quruduqdan sonra kəsmək lazımdır. Yetişmiş məhsula bıçaq dəyən kimi dərhal
ayrılır və onun tumları tünd-qəhvəyi və ya qara rəngdə olur. Əgər qarpızın
zolaqları sarımtıl və ya qəhvəyi rəngdədirsə, bu onun tərkibinin qənaətbəxş
olmamasından xəbər verir".
Mirvari
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB