Azərbaycan Prezidenti BMT-yə üzv olan bir sıra dövlətlərin bu təşkilatdakı daimi nümayəndələrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olan bir sıra dövlətlərin bu təşkilatdakı daimi nümayəndələrini qəbul edib.
SİA-nın xəbərinə görə, Prezident İlham Əliyev bu səfərin nümayəndə heyətinin üzvləri üçün ölkəmizi daha yaxından tanımaq və eyni zamanda, ikitərəfli əlaqələrin genişlənməsinə kömək göstərmək baxımından əhəmiyyətindən danışdı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanın BMT-də təmsil olunan ölkələrlə yaxşı əlaqələri vardır. Qonaqların təmsil etdikləri ölkələrlə Azərbaycanın siyasi əlaqələrinin yaxşı səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev həmin ölkələrlə gələcəkdə iqtisadi əlaqələrin genişləndirilməsinin önəmini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın hazırda sürətlə inkişaf edən ölkə olduğunu və qarşılıqlı sərmayələrin qoyuluşunun müsbət nəticə verə biləcəyini vurğuladı və dedi ki, Azərbaycanın güclü iqtisadi potensialı mövcuddur, müxtəlif qitələrdə nəhəng sərmayə qoymaq imkanları var və nümayəndə heyətinin səfəri zamanı bu imkanların nəzərdən keçirilməsi mümkündür. Prezident İlham Əliyev Azərbaycanın bölgələrindən birinə də səfər etmələrinin nümayəndə heyətində ölkəmiz haqqında yaxşı təəssürat yaratmağa kömək edəcəyinə əminliyini ifadə etdi.
Nümayəndə heyəti adından danışan Qambiyanın BMT yanında daimi nümayəndəsi xanım Süzan Vaffa-Oqu bildirdi ki, ölkəmizə səfərlərindən məmnundurlar. Qəbula görə Prezident İlham Əliyevə təşəkkür edən qonaq Azərabaycanın BMT-dəki daimi nümayəndəliyinin fəaliyyətini də yüksək qiymətləndirdi. "Azərbaycan haqqında kənardan məlumat almaq mümkündür. Lakin səfər zamanı biz Azərbaycan haqqında birbaşa daha dolğun məlumat əldə edə biləcəyik", - deyən BMT təmsilçisi səfərlərinin müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.
Prezident İlham Əliyev bildirdi ki, ikitərəfli əlaqələrin qurulması barədə fikir mübadiləsi aparılmalıdır. "Bunun üçün bizim siyasi əlaqələrimiz var", - deyən dövlətimizin başçısı vurğuladı ki, ikitərəfli əlaqələr iqtisadi sahədə də genişlənməlidir. Azərbaycanın bu sahədə çox işlər görə biləcəyini diqqətə çatdıran dövlətimizin başçısı bildirdi ki, ölkəmiz daim sərmayə qoymaq imkanlarından daha səmərəli istifadə etmək axtarışındadır. Prezident İlham Əliyev əlaqələrin beynəlxalq formatda genişləndirilməsi zərurətindən də danışdı. Dövlətimizin başçısı nümayəndə heyətinin üzvlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verdi. Qeyd etdi ki, erməni işğalçılarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları barədə BMT Təhlükəsizlik Şurası, Baş Məclisi və digər beynəlxalq təşkilatların qətnamə və qərarları vardır. Bu sənədlərin kağız üzərində qalmasından təəssüf hissi keçirdiyini deyən Prezident İlham Əliyev qeyd etdi ki, birgə çalışaraq elə bir mexanizm yaradılmalıdır ki, bu cür qərarlar icra edilsin. Dövlətimizin başçısı dedi ki, ölkələr bir-birinin problemlərinə həssas yanaşmalı və kömək etməlidir. Azərbaycanın açıq ölkə olduğunu deyən Prezident İlham Əliyev BMT-dəki nümayəndəliyimizin xalqlar və ölkələr arasında əlaqələrin daha yaxşı qurulması üçün fəal iş gördüyünü söylədi.
Azərbaycan Prezidenti nümayəndə heyətinin üzvlərinə təmsil etdikləri ölkələrin dövlət və hökumət başçılarına salamlarını çatdırmağı xahiş etdi və onları münasib bildikləri vaxtda Azərbaycana səfərə dəvət etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:42Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



