Şərq Tərəfdaşlıq Forumunda Qarabağ erməniləri də Azərbaycan bayrağı altında qatıla biləcəklər

Şərq Tərəfdaşlıq Forumunda Qarabağ erməniləri də Azərbaycan bayrağı altında qatıla biləcəklər

Bu il Polşanın Poznan şəhərində Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramı Vətəndaş Cəmiyyəti Forumundaiştirak etmək üçün müraciət edən azərbaycanlıların siyahısında Dağlıq Qarabağda yaşayan ermənilərin də müraciəti var. Dağlıq Qarabağda fəaliyyət göstərən Vətəndaş Təşəbbüsləri Mərkəzinin müraciətinə isə AzərbaycanMilli Platforması baxacaq.

Avropa Birliyinin \"Şərq tərəfdaşlığı" proqramı Vətəndaş Cəmiyyəti Forumunun milli kordinatoru Vüqar Bayramov bilirib ki, Brüsseldə aparılan danışıqlardan sonra Azərbaycan Dağlıq Qarabağ ərazisi olduğundan oradan AB-yə edilən bütün müraciətlərAzərbaycan Milli Platforması tərəfindən qiymətləndirilir: "Ümumiyyətlə Azərbaycan Milli Platforması Dağlıq Qarabağdan göndərilən müraciət və ərizələrə münasibət bildirəcək.

Hazırda Vətəndaş Cəmiyyəti Forumuna seçimlər gedir. Forumda iştirak etmək üçün Dağlıq Qarabağda yerləşən bir qeyri hökümət təşkilatımüraciət edib. Əgər Azərbaycan Milli Platforması ermənilərin müraciətinə müsbət cavab verərsə, münaqişəbaşlayandan bu tərəfəilk dəfəbeynəlxalq tədbirdə Dağlıq Qarabağın erməni nümayəndəsi Azərbaycan nümayəndəliyinin tərkibinə daxil ediləcək. Azərbaycan bayrağı altında forumda iştirak edəcək".

V.Bayramov bildirib ki,"Şərq tərəfdaşlığı" proqramı Vətəndaş Cəmiyyəti Forumunun təcrübəsində Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi qəbul olunması yönündə digər addımlar da atılıb: "Dağlıq Qarabağ ermənilərinin 2011-ci ilin dekabr ayına planlaşdırdığı qondarma Dağlıq Qarabağ respublikasının \"müstəqilliyi\"nin 20 illiyi ilə bağlı tədbir Avropa Birliyinin Şərq Tərəfdaşlıq proqramının saytında proqramının tədbirlər sihayısından çıxarılıb".

Kordinator deyib ki, məhz onun müdaxiləsindən sonra"Şərq tərəfdaşlığı" proqramının idarə heyəti tədbirin platformanın saytından çıxarılması və dəstəklənməməsi yönündə qərar qəbul edib: "Şərqi tərəfdaşlığı" proqramı çərçivəsində Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi prosesə qoşulması sevindirici haldır. Bunu Azərbaycanın maraqlarına uyğun atılmışciddi bir addım hesab etmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə