Sergey Lavrov: “Danışıqların formatının dəyişdirilməsi səmərəli olmayacaq”

Sergey Lavrov: “Danışıqların formatının dəyişdirilməsi səmərəli olmayacaq”

"Danışıqların formatının dəyişdirilməsi səmərəli olmayacaq". SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, Rusiya prezidenti Dmitri Medvedev Kazan görüşündən sonra vəziyyətin təhlilini başa çatdırıb və ən yaxın vaxtlarda gələcək addımlar haqqında qərar qəbul edəcək: " Prezident Dmitri Medvedev tərəflərlə xüsusi əlaqələri nəzərə alaraq, iki il əvvəl Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə konkret razılaşmaların tapılması üçün Azərbaycan və Ermənistan prezidentləri ilə məsləhətləşmələr keçirməyə təşəbbüs göstərib. Biz güman edirik ki, indi elə bir vəziyyətə yaxınlaşmışıq ki, qərar qəbul etmək lazımdır".

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu jurnalistlərə açıqlamasında bildirib ki, bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə