Azərbaycan Prezidenti Litvanın Baş nazirini qəbul edib

Azərbaycan Prezidenti Litvanın Baş nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Litva Respublikasının Baş naziri Andrius Kubiliusu qəbul edib.

SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə edildi, əlaqələrimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu, əməkdaşlığımızın daha da möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.

Bütün xəbərlər Facebook səhifəmizdə