Prezident İlham Əliyev Moldova Respublikası Qaqauz Yerinin Başqanını qəbul edib

Prezident İlham Əliyev Moldova Respublikası Qaqauz Yerinin Başqanını qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Moldova Respublikası Qaqauz Yerinin Başqanı Mixail Formuzalı qəbul edib.

SİA-nın xəbərinə görə, Moldova Respublikası Qaqauz Yerinin Başqanı Mixail Formuzalın Dünya azərbaycanlılarının III qurultayında iştirakından məmnunluğunu bildirən dövlətimizin başçısı bunu Azərbaycan ilə Moldova arasında münasibətlərin göstəricisi kimi qiymətləndirdi.

Dünya azərbaycanlılarının III qurultayında iştirakını Azərbaycan ilə Moldova arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım kimi dəyərləndirən Mixail Formuzal rəhbərlik etdiyi qurumun Azərbaycan diasporunun nümayəndələri və ölkəmizin Moldovadakı səfirliyi ilə sıx əlaqələr qurduğunu dedi. Mixail Formuzal münasibətlərimizin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etdi.

Dövlətimizin başçısı Moldovaya ilk səfəri zamanı Azərbaycan xalqının mütəfəkkir şairi Nizami Gəncəvinin abidəsinin açıldığını xatırlayaraq, ölkələrimiz arasında sıx əlaqələrin yaradılmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev Qaqauzda xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin açılmasını xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня