Etibar Qəniyev: \"Qurultayın ən xoş tərəfi həm burdakı, həm də dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın bir yerə yığışmasıdır\" - MÜNASİBƏT

Etibar Qəniyev: \"Qurultayın ən xoş tərəfi həm burdakı, həm də dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın bir yerə yığışmasıdır\" - MÜNASİBƏT
\"Qurultayın ən xoş tərəfi həm burdakı, həm də dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın bir yerə yığışmasıdır\". Bu sözləri Almaniyanın Aşağı Sakson vilayətinin mərkəzi olan Hannover şəhərində fəaliyyət göstərən "Xəzər Alman - Azərbaycan" Diaspor Cəmiyyətinin sədri Etibar Qəniyev deyib.


\"Mən keçirilən 3 qurultaydan sadəcə birində iştirak edirəm, yəni bu mənim iştirak etdiyim ilk qurultaydır. Amma inanıram ki, bu qurultay da digərləri kimi məhsuldar keçəcək. Artıq birinci qurultaydan 10 il keçib. Mən deyə bilərəm ki, təkcə Almaniyadakı diasporlarımız nə qədər güclənib. Mən inanıram ki, bu qurultay da bundan sonra daha da uğur gətirəcək", E. Qəniyev sözlərinə əlavə edib.


E.Quliyev Almaniyada fəaliyyət göstərən cəmiyyətlərin sayının artdığını və bunun müsbət hal olduğunu diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня