Səməd Seyidov: “Bakıda dünya azərbaycanlıların toplaşması dünya üçün bir mesajdır” - AÇIQLAMA

Səməd Seyidov: “Bakıda dünya azərbaycanlıların toplaşması dünya üçün bir mesajdır” - AÇIQLAMA

"Bakıda Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi həddindən artıq vacib olan bir məsələdir. Dünya birləşən dünyadır və birləşən dünyada ayrı düşmək ən azı rəqabətdə geri qalmaqdır". Bu sözləri "SƏSTV"-yə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. Onun sözlərinə görə, Azərbaycanın paytaxtı Bakı şəhərində bütün azərbaycanlıların toplaşması özü özlüyündə bizim üçün böyük bir fəxrdir, dünya üçün isə bir mesajdır: "Prezidentimiz İlham Əiyev vurğuladığı kimi bu xalq mövcuddur. Bu xalq böyük xalqdır və bu xalqla hesablaşmaq lazımdır".

Azərbaycan diasporunun fəaliyyətinə gəlincə S.Seyidov: "Təbii, ilk addımlarını atır Azərbaycan. İlk addımlarını atan ölkənin, o cümlədən onun diasporunun səhvləri və uğurları da olacaq. Eyni zamanda xoşagələn və xoşagəlməyən məsələlər də yarana bilər. Bu gün cənab prezident çıxışında bu haqda çox gözəl danışdı. Lakin onu əsas vurğulamaq lazımdır ki, təşkilatlanma prosesi gedir. Təşkilatlanma prosesi gedirsə, deməli, hər şey normal və yüksək səviyyədə olacaq. Bilirsiniz nəyə görə? Ona görə ki, heç vaxt azərbaycanlılar nə dünyada, nə də Azərbaycanın özündə hansısa xalqa qarşı çıxmayıblar. Onlar həmişə öz xalqını, öz maraqlarını müdafiə edirlər. Bu isə ən müqəddəs və vacib olan məsələdir", - deyə o cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə