Prezident İlham Əliyev bir qrup ictimai xadimə “Dostluq” ordenini və “Tərəqqi” medalını təqdim edib

Prezident İlham Əliyev bir qrup ictimai xadimə “Dostluq” ordenini və “Tərəqqi” medalını təqdim edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə təltif olunmuş bir qrup ictimai xadimə iyulun 5-də Heydər Əliyev Sarayında, Dünya azərbaycanlılarının III qurultayında fasilə zamanı "Dostluq" ordenini və "Tərəqqi" medalını təqdim edib.

SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təltif barədə 2011-ci il 4 iyul tarixli Sərəncamı oxunub.

Dövlətimizin başçısı Başar Kömürə, Ertan Demirtaşa, İоsif Şaqala, Mehmet Akkan Suverə, Suat Günselə, Vladimir Kolesnikova "Dostluq" ordenini, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya isə "Tərəqqi" medalını təqdim edib.

Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi olan Leyla Əliyeva bu mükafata xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə layiq görülüb.

Sonda xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня