Rüstəm Məmmədov: \"ATƏT-in Minsk qrupunun həmsədrlərinin özləri də Ermənistan tərəfə daha çox meyllidirlər\"-MÜSAHİBƏ

Rüstəm Məmmədov: \"ATƏT-in Minsk qrupunun həmsədrlərinin özləri də Ermənistan tərəfə daha çox meyllidirlər\"-MÜSAHİBƏ

Politoloq Rüstəm Məmmədovun SİA-ya müsahibəsi:

- Rüstəm müəllim, Kazan görüşünün nəticələrindən sonra Minsk Qrupunun həmsədrləri regiona növbəti səfər etdilər. Sizcə, bu görüşlərin yekunu nəyə işarə edir?

- Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində Kazanda keçirilən görüş onu göstərdi ki, tərəflər kompromisə gələ bilmirlər. Yəni Minsk Qrupunun fəaliyyəti də bu mənada hələlik qənaətbəxş deyil. Eyni zamanda bütün hallarda Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb ki, o Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasına tərəfdardır. Amma hələlik bu regional münaqişə işğalçı Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində öz həllini tapa bilmir.

- Ümumiyyətlə ATƏT rəsmilərinin regiona bu dəfəki səfərində yeni layihə ilə çıxış edəcəkləri bildirilir. Sizə bu dəyişikliklər nədən ibarət ola bilər və danışıqlar prosesə necə təsir göstərəcək?

- Hesab etmirəm ki, Minsk Qrupu hanısasa bir yeni layihə ilə çıxış etsin və tərəflər də bunu qəbul etsin. Eyni zamanda həmsədrlərin özləri də Ermənistan tərəfə daha çox meyllidirlər. Azərbaycan isə heç bir halda öz torpaqlarının itkisi ilə barışmayacaq.

- Fransanın xarişi işlər naziri belə bir fikir səsləndirib ki, həm Ermənistan, həm də Azərbaycana yeni təkliflər təqdim olunacaq. Sizcə, burada hansısa yeni bir prinsiplərin olacağı gözləniləndirmi?

- Bu təkliflərin nədən ibarət olacağı və orada hansı prinsiplərin öz əksini tapacağı ilə bağlı hələlik dəqiq informasiyalar mövcud deyil. Amma hər bir halda beynəlxalq ictimaiyyət də 20 ildən artıqdır ki, uzanan bir münaqişənin tez bir zamanda həllində maraqlı görünür.

TAPDIQ QURBANLI

Bütün xəbərlər Facebook səhifəmizdə