Fazil Mustafa: \"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hazırda Rusiya ilə eyni mövqedən çıxış edir\"-MÜSAHİBƏ
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın SİA-ya müsahibəsi:
- Fazil bəy,
ATƏT-in
- Həmsədrlərin regiona səfərindən yeni nəsə gözləmək
doğru olmazdı. Çünki onlar müəyyənləşmiş proqram əsasında regiona səfərlər edir,
məsələ ətrafında fikir mübadilələri və tərəflərin mövqeyini öyrənməyə
çalışırlar. Ona görə də, Minsk Qrupu üzvlərinin səfər müddətində ənənəvi
formada görüşlər keçirib müzakirələr aparacağı gözləniləndir.
-
- Bu Kazan görüşündən sonra ümumiyyətlə, daha böyük
xəyal qırıqlığı yarandı və hər hansı bir şəkildə dəyişiklik nəzərdə tutulmur. Çünki
Rusiya da bu məsələdə səmimi mövqe ortaya qoymadığına görə görüş də ən
əhəmiyyətsiz görüş kimi yadda qalıb. Ona görə də burada yeni bir dəyişiklik,
yeni bir işin sürətlənməsi müşahidə olunmur.
- ABŞ-ın bu
məsələnin həlli istiqamətində göstərdiyi səylərin nəticəsiz qalması nə ilə
əlaqəli idi?
- Çünki ABŞ bu məsələdə səmimi deyil. ABŞ Dağlıq
Qarabağ münaqişəsinin həlli məsələsində hazırda Rusiya ilə eyni mövqedən çıxış
edir. Ona görə də, məsələnin həlli istiqəmətində ABŞ-ın istəyinin diqtə
olunmasını gözləmək mümkün olmur. Eyni zamanda, ABŞ Rusiyadan daha mürtəce
mövqedə dayanır.
- Rusiya
Ermənistanla hərbi silahların birgə istehsalı məsələsini həll etməyə çalışır. Bunun
da keçirilən danışıqlara öz təsirini göstərdiyini söyləmək olarmı?
- Rusiya Ermənistanta 49 illik müqavilə məsələsindən
sonra bir daha öz forpostunun güclənməsinə maraqlıdır. Bu baxımdan da bizim bu
məsələdə ancaq öz mövqelərimizi gücləndirməyimiz daha məqsədəuyğundur. Kim kimi
silahlandırır, kim kimi gücləndirir bu bizi qətiyyən maraqlandırmamalıdır.
- Sizcə, bundan
sonra prosesin gedişi hansı istiqamətdə davam etdirilə bilər?
- Yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində nəsə konkert bir addımın atılacağını söyləmək çox çətindir. Çünki ABŞ və Rusiyanın mövqeyində hər hansı bir dəyişiklik olmadığı bir təqdirdə məsələ ətrafında da bu cür vəziyyət davam edəcəkdir.
TAPDIQ QURBANLIBütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB