Cari ilin 5-6 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Müqəddəs Taxt-Taca səfəri nəzərdə tutulub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində nazir E. Məmmədyarov və Müqəddəs Taxt-Tacın Dövlətlərlə münasibətlər şöbəsinin katibi Zati-aliləri Arxiyepiskop Dominik Mamberti 29 aprel 2011-ci il tarixində Bakıda imzalanmış "Azərbaycan Respublikası və Müqəddəs Taxt-Tac arasında Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında Saziş"in Ratifikasiya sənədlərinin mübadiləsi haqqında protokol imzalayacaqlar. Həmçinin Nazir E.Məmmədyarovun Müqəddəs Taxt-Tacın Dövlət Katibi, Kardinal Takisio Bertoni ilə görüşü planlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB