Səttar Mehbalıyev: “Diasporumuzun güclü olmasını azərbaycanlıların dünyada tutduğu mövqe sübut edir”
"Hər bir xaricdə yaşayan həmvətənlərimiz fəxr edir ki, onun Azərbaycan kimi dövləti və İlham Əliyev kimi prezidenti var. Dünyanın hər yerində 35 milyondan çox azərbaycanlı yaşayır. Onların da vətəni Azərbaycan dövlətidir". Bu barədə SİA-ya açıqlamasında millət vəkili Səttar Mehbalıyev deyib. O bildirib ki, Azərbaycan dövləti bütün dünyada yaşayan azərbaycanlıların hüquqlarını qorumağa çalışır. Azərbaycanlıların hüquqlarının qorunmasında ölkə prezidenti tərəfindən yüksək dəstək verildiyini deyən S.Mehbalıyev vurğulayıb ki, istər Rusiyada, istərsə də dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar hər hansı bir problem olanda Azərbaycana müraciət edirlər.
"İkinci bir tərəfdən diaspor təşkilatının formalaşması Azərbaycanın dünyadakı imicini daha da artırır. Dünya ölkələrində erməni diasporu ilə Azərbaycan diasporu arasında müəyyən problemlər yaşanır. Əvvəllər diaspor o qədər də güclü formalaşmamışdı, artıq Azərbaycan diasporu dünyada ən güclü diasporlardan biridir və bunu azərbaycanlıların orada tutduğu mövqe sübut edir. Azərbaycan diasporu türk diasporları ilə birgə hərəkət edirlər və bu hərəkət Azərbaycanın mövqelərinin dünyada güclənməsinə səbəb olur. Bundan əlavə, diaspor təşkilatları xaricdə işləyən iş adamları, imkanlı insanlar Azərbaycana sərmayə qoyur və yaxud sosial-iqtisadi inkişafına öz dəstəklərini verirlər. Xüsusilə, düşünürəm ki, xaricdə yaşayan azərbaycanlı iş adamlarının müəyyən bir qismi böyük işlər görüb, sərmayə qoyub və bu da davam etdirilir", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB