Ramil Usubov: “Bu il 71 polis xidmətdən xaric edilib”

Ramil Usubov: “Bu il 71 polis xidmətdən xaric edilib”

Azərbaycanda daxili işlər orqanlarında bu il 26 fakt üzrə 71 əməkdaş xidmətdən xaric edilib, 11 nəfər tutduğu vəzifədən azad olunub. SİA-nın xəbərinə görə, bunu \"Azərbaycan\" qəzetinə müsahibəsində daxili işlər naziri Ramil Usubov deyib. Onun sözlərinə görə, bu ilin 6 ayında polis orqanlarında 22 rəhbər vəzifəli şəxs cəzalandırılıb, 8 material əmələ hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib: " "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiya\"nın icra olunduğu dövrdə 137 mindən çox müraciət daxil olub. Həmin müraciətlərin təxminən 1 faizi əməkdaşların korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verməsi ilə bağlıdır".

"Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın icrasının davab etdirildiyini deyən R.Usubov bildirib ki, 2008-2010-cu illərdə insan və vətəndaş hüquqlarının pozulması ilə bağlı aşkarlanmış 437 fakta görə 685 əməkdaş barəsində ciddi intizam tənbehi tədbirləri görülüb, 34 nəfər xidmətdən xaric olunub: "Fəaliyyətdə şəffaflığın artırılması, aidiyyəti məsələlərlə əlaqədar müraciətlərin bilavasitə ünsiyyət olmadan qəbulu və çevik həll edilməsi, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına uyğun olaraq əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkili üzrə də əhəmiyyətli işlər görülür".

Azərbaycanda nəqliyyat vasitələrinə dövlət texniki baxışın keçirilməsi prosedurlarının sadələşdirilməsinin nəzərdə tutulduğunu deyən nazir bildirib ki, nəqliyyat vasitələrinə dövlət texniki baxışın keçirilməsi prosedurlarının sadələşdirilərək ən yeni texnologiyalar əsasında, qısa müddətdə təşkili, bu məqsədlə növbələrin elektron idarəetmə sisteminin tətbiqi nəzərdə tutulur: "Dövlət yol polisi tərəfindən nəqliyyat vasitələrinin qeydiyyata alınması, sürücülük vəsiqələrinin verilməsi, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbulu prosedurunun da sadələşdirilməsi nəzərdə tutulur. Ölkə ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və uçota alınması ilə bağlı işlərin \"bir pəncərə\" prinsipi əsasında həyata keçirilməsi üçün bir sıra zəruri təşkilati tədbirlər görülüb və yaxın vaxtlarda bu prosedurun tətbiqinə də başlanılacaq".

Nazir bildirib ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə sanksiyalar sərtləşdirildikdən sonra ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı əhəmiyyətli dərəcədə azalıb. O qeyd edib ki, Baş Dövlət Yol Polis İdarəsində mərkəzləşdirilmiş elektron məlumat bazası yaradılıb. Bu informasiya resursu respublikanın istənilən ərazisindən nəqliyyat vasitələri, onların sahibləri və sürücüləri barədə operativ şəkildə ətraflı məlumat almaq imkanı verir.

Bütün xəbərlər Facebook səhifəmizdə