NATO-Azərbaycan Beynəlxalq Məktəbinin növbəti yay sessiyası “Yaxın Şərq düyünü: təhlükəsizlik və demokratiya” mövzusuna həsr olunacaq
İyulun 4-9-da Bakıda keçiriləcək NATO-Azərbaycan Beynəlxalq Məktəbinin (NİSA) növbəti yay sessiyası "Yaxın Şərq düyünü: təhlükəsizlik və demokratiya" ("Middle East puzzle: security and democracy") mövzusuna həsr olunacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirə yerli, həmçinin NATO-ya üzv və tərəfdaş ölkələrdən 50-dək dinləyici və mühazirəçinin qatılması nəzərdə tutulur.
Yay sessiyası ərzində Yaxın Şərq regionunda baş verən son hadisələr, onların yaranma səbəbləri və mahiyyəti, mövcud siyasi durum, sosial şəbəkələr və medianın rolu, beynəlxalq hüquq və qərar qəbuletmə, beynəlxalq birliyin müdaxiləsi və digər aidiyyəti məsələlər müzakirə olunacaq.
Yay sessiyasının açılış mərasimində xarici işlər nazirinin müavini Araz Əzimov və Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı, səfir Xəzər İbrahimin çıxışları nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB