Azərbaycanın baş naziri Argentinanın Gömrük İdarəsinin baş direktoru ilə görüşüb

Azərbaycanın baş naziri Argentinanın Gömrük İdarəsinin baş direktoru ilə görüşüb

Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Argentinanın Gömrük İdarəsinin baş direktoru xanım Maria Siomara Ayera ilə görüşüb. Nazirlər Kabinetindən SİA-ya verilən xəbərə görə, argentinalı qonaq regionun ən inkişaf etmiş dövlətlərindən olan Azərbaycana gəlişindən şərəf duyduğunu deyərək, ölkəmizdə müşahidə etdiyi böyük quruculuq işlərindən, iqtisadi inkişafın səviyyəsindən, o cümlədən, dövlət qayğısı sayəsində qurulmuş müasir gömrük xidməti sistemindən və onun yüksək texniki təchizatından məmnunluqla danışıb.

Görüşdə Azərbaycan ilə Argentina arasında gömrük sahəsində əlaqələrin möhkəmləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb və deyilib ki, Argentinanın kontrafakt mallar üzrə təcrübəsindən və Azərbaycan gömrükçülərinin \"bir pəncərə\" sisteminin effektiv tətbiqindən, habelə risklərin idarə olunması sahəsində təcrübəsindən qarşılıqlı surətdə bəhrələnmək hər iki tərəf üçün faydalı olardı.

Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin vəziyyəti və iqtisadi əlaqələrin daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev görüşdə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə