“Nabucco” konsorsiumunun rəhbəri Raynxard Miçek Azərbaycana səfər edəcək
Azərbaycan Diplomatiya Akademiyası və ARDNŞ-in təşkilatçılığı ilə V Bakı Yay Energetika Məktəbi təşkil olunacaq. ADA-dan SİA-ya verilən xəbərə görə, məktəbin işində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sənaye və Energetika Nazirliyinin, Dövlət Neft Fondunun, xarici neft və qaz şirkətlərinin, nümayəndələri iştirak edəcəklər. Tədbirdə enerji siyasətinin iqtisadi və siyasi əsasları, onun ətraf mühitə təsiri, regional inkişafa töhfəsi və digər məsələlər müzakirə olunacaq.
V Bakı Yay Energetika Məktəbində həmçinin "Nabucco" konsorsiumunun rəhbəri Raynxard Miçekin də çıxışı nəzərdə tutulur. Bundan başqa "Nabucco" konsorsiumunun rəhbəri Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək.
Qeyd edək ki, V Bakı Yay Energetika Məktəbi 2-16 iyul tarixlərində təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB