İran parlamenti sədrinin Azərbaycana səfər proqramı bəlli olub

İran parlamenti sədrinin Azərbaycana səfər proqramı bəlli olub

İran İslam Şurası Məclisinin (parlament) sədri Əli Laricaninin Azərbaycana rəsmi səfərinin proqramı bəlli olub. İranın Azərbaycandakı səfirliyindən SİA-ya verilən məlumata görə, Ə. Laricaninin səfəri iyunun 30-da başlayacaq.

Daha sonra qonaq iyulun 1-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək. Həmin gün İran parlamentinin rəhbəri Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşlər keçirəcək.

İyulun 2-də mətbuat konfransı keçirəndən sonra Ə. Laricani Gəncə şəhərinə səfər edəcək. İranlı qonaq Gəncədə Azərbaycan Səfəvilər dövlətinin başçılarından olan Şah Abbasın adını daşıyan məscidi, Azərbaycan şairi Nizami Gəncəvinin məzarını ziyarət edəcək, şəhərlə tanış olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə