YAP Səbail rayon təşkilatında \"Heydər Əliyev siyasi məktəbi»nin növbəti seminar məşğələsi keçirilib
Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının nəzdində fəaliyyət göstərən \"Heydər Əliyev siyasi məktəbi\"-nin növbəti seminar-məşğələsi keçirilib. Gənclər üçün keçirilən sayca beşinci olan seminar-məşğələdə YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü Rizvan Vahabov çıxış edib.
R.Vahabov gənclərə Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın inkişafı istiqamətində müəyyənləşdirdiyi strategiya haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, ulu öndərin zəngin irsi gənc nəsil tərəfindən dərindən öyrənilməlidir: "Çünki Azərbaycanın inkişaf və tərəqqisi məhz Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdiriyi siyasətlə bağlıdır".
Ümummilli liderimizin gənclərə bağlı apardığı siyasət barədə danışan YAP siyasi şurasının üzvü bildirib ki, aparılan islahatlar nəticəsində bu gün Azərbaycan gəncləri cəmiyyətin bərabər hüquqlu üzvləri kimi ictimai həyatın bütün sahələrində uğurla çalışır: "Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Prezident Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu məqsədlə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. Eyni zamanda Heydər Əliyev 1999-cu ildə "Dövlət Gənclər Siyasəti haqqında\" fərman imzalayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB