Rusiyalı ekspert: \"Qarabağ münaqişəsinin həllində ABŞ-ın aktivliyi mütləq müharibə ilə yekunlaşacaq”
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində passivlik nümayiş etdirən kimi ABŞ aktiv fazaya keçəcək. SİA-nın xəbərinə görə, bunu rusiyalı siyasi şərhçi Serqey Mixeyev deyib. Onun sözlərinə görə, münaqişənin həllində ABŞ-ın aktivliyi mütləq müharibə ilə yekunlaşacaq: "Mənə bir münaqişə göstərin ki, ABŞ orada vasitəçilik etsin və həmin münaqişənin həlli müharibə ilə bitməsin. Rəsmi Vaşinqton bütün yerdə müharibə edir ki, şəxsi maraqlarını təmin etsin. Çünki ABŞ bütün tərəfləri "üzərində təcrübə aparılan dovşan" kimi görür".
Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konkret nəticənin əldə olunmamasına gəlincə ekspert bildirib ki, əsas səbəb tərəflər arasında ortaq məxrəcin olmamasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB