Elmar Məmmədyarov Qazaxıstana səfər edəcək

Elmar Məmmədyarov Qazaxıstana səfər edəcək

27-28 iyun tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovun Qazaxıstan Respublikasına səfəri nəzərdə tutulub.

SİA-nın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfərdə məqsəd Astana şəhərində keçiriləcək İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında iştirak etməkdir.

Nazir E.Məmmədyarovun İKT-nin Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında çıxışı və səfəri çərçivəsində ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə