Endryu Şapiro: “ABŞ-la Azərbaycan arasında əməkdaşlığın potensialı böyükdür” - MÖVQE
Bu gün Bakıda Azərbaycanla ABŞ arasında təhlükəsizliyə dair dialoq üzrə 12-ci iclas keçirilib. SİA-nın məlumatına görə, iclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Araz Əzimov, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin hərbi-siyasi məsələlər üzrə müavini Endryu Şapiro başçılıq edib. İclasdan sonra jurnalistlər üçün keçirilən brifinqdə çıxış edən A.Əzimov deyib ki, Azərbaycan ABŞ ilə təhlükəsizlik məsələləri üzrə əməkdaşlığın genişləndirilməsində maraqlıdır: "Görüşdə ABŞ və Azərbaycan arasında təhlükəsizlik məsələləri çərçivəsində regional təhlükəsizlik, terrorizmlə mübarizə məsələləri müzakirə olunub. Həmçinin, birgə keçirilən təhlükəsizlik proqramları istiqamətində danışıqlar aparılıb. Növbəti iclasın 2012-ci ildə Vaşinqtonda keçirilməsi nəzərdə tutulub. Bakıdakı ikitərəfli dialoq zamanı tərəflər həmçinin Əfqanıstandakı vəziyyəti, eləcə də orada əlavə olaraq yerləşdirilən ABŞ Silahlı Qüvvələrinin çıxarılmasından sonra vəziyyətin inkişaf perspektivlərini müzakirə ediblər. İslam dövləti kimi Azərbaycan sabitliyin bərpası üçün gələcəkdə də Əfqanıstana kömək etməyə hazırdır\"
Təmsil etdiyi ölkənin Azərbaycanla çox gözəl əməkdaşlığa malik olduğunu deyən E.Şapiro isə vurğulayıb ki, iki ölkə arasında əməkdaşlığın potensialı böyükdür: \"ABŞ Azərbaycanla enerji təhlükəsizliyi, daxili islahatlar, Xəzərin infrastrukturu çərçivəsində əməkdaşlıqda maraqlıdır. Azərbaycanla əməkdaşlığı da daha gücləndiririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB