Prezident İlham Əliyev “Kazan Vertolyot Zavodu” ASC ilə tanış olub - FOTOSESSİYA

Prezident İlham Əliyev “Kazan Vertolyot Zavodu” ASC ilə tanış olub - FOTOSESSİYA

İyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyev Tatarıstan Prezidenti Rustam Minnixanovun müşayiəti ilə "Kazan Vertolyot Zavodu" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə tanış olub.

SİA-nın xəbərinə görə, Prezident İlham Əliyevə məlumat verildi ki, zavod 1940-cı ildən fəaliyyət göstərir. Burada müxtəlif təyinatlı, o cümlədən səhiyyədə, idman yarışlarında, mülki aviasiyada, yükdaşımada, eləcə də müdafiə sahəsində istifadə olunan vertolyotlar, "KamAZ" avtotexnikası, avtobuslar və s. istehsal edilir.
Dövlətimizin başçısı zavodun ayrı-ayrı sexlərini gəzdi, məşhur Mi-17, Mi-38 vertolyotlarına baxdı, müasir tipli "Aktay", "Kazan", "Ansat", "Ansat-U" vertolyotlarının texniki göstəriciləri ilə tanış oldu. Bildirildi ki, zavodun istehsal etdiyi bu vertolyotların əsas xüsusiyyətləri yüksək etibarlılıq və təhlükəsizlikdir.
Prezident İlham Əliyev zavodun istehsal etdiyi metan mühərrikli "KamAZ", kommunal təsərrüfatı, inşaat avtotexnikası, "Nefaz" avtobusu ilə də tanış oldu. Azərbaycan Prezidenti bu texnikanın qaz mühərrikinin qidalanma sisteminə baxdı, onun ekoloji parametrləri ilə maraqlandı.
Sonda dövlətimizin başçısına Mi-17 vertolyotunun və "KamAZ"ın maketləri hədiyyə olundu.


Bütün xəbərlər Facebook səhifəmizdə