“Kommersant”: “Bakı və İrəvan prinsipial olaraq sənədi imzalamağa hazırdır”
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Kazanda münaqişənin nizamlanması zamanı güc tətbiq edilməməsinə dair hüquqi qüvvəsi olan sənəd imzalayacaqlar. SİA-nın xəbərinə görə, Rusiya rəhbərliyindəki yüksək rütbəli mənbənin "Kommersant"a verdiyi məlumata görə, Bakı və İrəvan prinsipial olaraq sənədi imzalamağa hazırdır. Mənbə bildirib ki, "lakin yekun qərarlar bilavasitə Kazanda təsdiq edilməlidir, odur ki, qəfil çətinliklərdən sığortalanmamışıq".
Kod adı "I" olan mənbənin verdiyi xəbərədə deyilir: " Kazanda imzalanacaq sənədin mətnini tərəflər məxfi saxlayırlar. Yaxın zamanlara qədər Bakı və İrəvanı Madrid nizamlanmasının yalnız bəzi və fərqli bəndləri razı salırdı. Yalnız indi onları bu prinsipləri bütöv qəbul etməyə inandırmaq mümkün olub".
Xüsusi mənbənin sözlərinə görə, həlledici addım mart ayında Medvedyev, Əliyev və Sarkisyanın Soçi görüşündə atılıb. Daha öncə RF XİN-i Kazandakı sammitin 17 illik danışıqlar prosesində "dönüş nöqtəsi" olacağına ümid etdiyini bildirmişdi. "Madrid prinsipləri" kimi tanınan Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas prinsipləri Ermənistana və Azərbaycana Fransanın, Rusiyanın xarici işlər nazirləri və ABŞ-ın dövlət katibinin köməkçisi tərəfindən 2007-ci ilin noyabrında təqdim edilib. Ötən il vasitəçilər Azərbaycan və Ermənistana prinsiplərin yenilənmiş variantını ötürüblər".
Mənbə həmçinin rəsmi Moskvanın "xətrinə dəyə" biləcək məqama da toxunub: "Əgər görüşdən əvvəl və ya sonra təmas xəttində insan tələfatı ilə nəticələnə biləcək insident baş versə, danışıqların üstündən xətt çəkiləcək. Necə ki, bu Soçi görüşündən sonra baş verdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB