Hərbi parada 1000-dən çox polis cəlb olunacaq. Bakıda təşkil olunacaq möhtəşəm hərbi paradla əlaqədar Bakı şəhər Baş Polis İdarəsi gücləndirilmiş iş rejiminə keçib .SİA-nın məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93 illik yubileyi münasibəti ilə tədbirlər planı hazırlanıb və 22 iyunda nazir general-polkovnik Ramil Usubov tərəfindən təsdiq olunub. Plana əsasən Azadlıq meydanında keçiriləcək hərbi paradda təhlükəsizliyin təmin edilməsinə Baş Polis İdarəsinin 1000 nəfərdən çox şəxsi heyəti cəlb olunacaq.
İyunun 26-sı nahar vaxtından sonra isə ciddi iş rejimi adi iş rejimi ilə əvəzlənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB