Xose Manuel Barrozu: \"Avropalıların “Eurovision” mahnı müsabiqəsində Azərbaycana səs verməsi səmimiyyətin göstəricisidir\"

Xose Manuel Barrozu: \"Avropalıların “Eurovision” mahnı müsabiqəsində Azərbaycana səs verməsi səmimiyyətin göstəricisidir\"

\"Avropalıların "Eurovision" mahnı müsabiqəsində Azərbaycana səs verməsi, Avropanın Azərbaycana səmimiyyətinin göstəricisidir\". SİA-nın məlumatına görə, bu sözləri Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə keçirdiyi mətbuat konfransında dilə gətirib.
Avropa İttifaqı ilə Azərbaycanın daha da yaxınlaşması üçün əməkdaşlığı davam etdirəcəklərinə ümidvar olduğunu bildirən sədr Azərbaycanın "Eurovision" mahnı müsabiqəsindəki qələbəsinin bu istiqamətdə ilk addım olduğunu diqqətə çatdır
ıb: "Əksər avropalıların bu müsabiqədə Azərbaycana səs verməsi, dəstək olması, birmənalı şəkildə Avropanın Azərbaycana qarşı nə qədər səmimi olduğunu nümayiş etdirdi. Bilirəm ki, bir ildən sonra bu mötəbər beynəlxalq tədbir ölkənizdə keçiriləcək. Sizin bu fürsətdən istifadə edərək ölkənizin modernləşməyə və Avropanın ümumi dəyərlərinə sadiq olduğunu nümayiş etdirəcəyinizə əminəm.

Bütün xəbərlər Facebook səhifəmizdə