Rusiyanın Dövlət Duması Azərbaycan və Rusiya arasında sərhədləri müəyyənləşdirən sərhəd müqaviləsini ratifikasiya edib. SİA-nın xəbərinə görə, müqavilə Rusiya-Azərbaycan-Gürcüstan sərhədlərinin başlanğıc – kəsişmə nöqtəsinin yerləşdiyi yer xüsusi üçtərəfli sazişlə müəyyən olunur.
Qeyd edək ki, ötən il Rusiya prezidenti Dmitri Medvedyev Bakıda olarkən Azərbaycan prezidenti İlham Əliyevlə sərhəd müqaviləsi imzalayıb. Artıq həmin müqavilə Azərbaycanın Milli Məclisi tərəfindən ratifikasiya edilib. Eyni zamanda sərhəd müqaviləsinin təsviri xəritələri həm Azərbaycan, həm də rus dilində hazırlanaraq Dövlət Dumasına təqdim olunub. Bu sənəd ratifikasiya edildikdən sonra tərəflər artıq demarkasiya işlərinə başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB