Azərbaycan Prezidenti İlham Əliyev Belçikada səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev Belçikada səfərdədir
Azərbaycan Prezidenti İlham Əliyev Belçikada səfərdədir. SİA-nın president.az saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Belçika Krallığına işgüzar səfər edib.Azərbaycan Prezidenti Brüsseldə Avropanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək.

Prezident İlham Əliyev və Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva "Krans Montana" forumunda iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə