Dmitri Medvedev Nərgiz Paşayevaya Rusiyanın ali dövlət mükafatını - “Dostluq ordeni”ni təqdim edib - FOTOSESSIYA

Dmitri Medvedev Nərgiz Paşayevaya Rusiyanın ali dövlət mükafatını - “Dostluq ordeni”ni təqdim edib - FOTOSESSIYA

Rusiyanın Prezidenti Dmitri Medvedev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevaya Rusiya Federasiyasının ali dövlət mükafatını - "Dostluq ordeni"ni təqdim edib.

SİA-nın məlumatına görə, Rusiya ilə dostluğun və əməkdaşlığın möhkəmlənməsinə verdikləri böyük töhfəyə görə əcnəbi vətəndaşlara Rusiyanın dövlət mükafatlarının təqdim olunmasına həsr edilmiş təntənəli mərasim Rusiya Prezidentinin Moskva yaxınlığındakı "Qorki" iqamətgahının Mavi zalında keçirilib.

D.Medvedev qonaqları salamlayaraq
bildirib ki, bu zala toplaşan insanlar Rusiya ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün çox iş görüblər. "Mən bu sözün ən geniş mənasında - həm iqtisadiyyat, həm də humanitar əlaqələr, mədəniyyət sahəsində əməkdaşlığı nəzərdə tuturam. Çalışdığımız illər ərzində gördüyünüz bütün işlərə görə sizə ürəkdən təşəkkür etmək istərdim", - deyən Rusiya prezidenti qeyd edib ki, bir məqam xüsusilə fərəh doğurur ki, o da bu insanlar üçün Rusiya ilə işləməyin talelərinin bir hissəsinə çevrilməsidir. Bunun böyük əhəmiyyəti ondadır ki, ölkələrimiz arasında münasibətlər ən əlverişli ssenari üzrə inkişaf edib: \""Siz çox müxtəlif ölkələri təmsil edirsiniz. Bizim dövlətimizhəmin ölkələrlə inkişaf etmiş konstruktiv, mehriban qonşuluq münasibətləri saxlayır və heç şübhəsiz, bu mehriban münasibətlərdə sizin əməyinizin bir hissəsi vardır". Dmitri Medvedev giriş nitqindən sonra "Dostluq ordeni"ni professor Nərgiz Paşayevaya təqdim edib.

Professor Nərgiz Paşayeva Rusiyanın ali dövlət mükafatı ilə təltif edilməsinə, ona göstərilmiş yüksək etimada və fəaliyyətinin qiymətləndirilməsinə görə Prezident Dmitri Medvedevə dərin təşəkkürünü və minnətdarlığını bildirib: \"Cənab Prezident, sizin göstərdiyiniz diqqət və dəstək bizi ruhlandırır və belə bir inam hissi aşılayır ki, sən həqiqətən nə isə faydalı və mühüm iş görürsən. "Dostluq ordeni" ali, gözəl məna və əhəmiyyətə malik olan xüsusi mükafatdır. Çünki ən yaxşı arzular və ümidlər dostluqda yaranır. Biz sülhü məhz dostluqda axtarırıq və bunun naminə özümüzdə olan ən yaxşı cəhətləri səfərbər edirik. Bu gün dünya partlayış təhlükəsi ilə üz-üzədir. Lakin yer üzündə müxtəlif millətlərə, məzhəblərə, peşələrə mənsub olan milyonlarla insan yaşayır. Onlar həyata inanırlar. Onlar həm də dostluq, sülh, humanizm ideallarına sadiqdirlər. Onlar ümummilli və ümumbəşəri mədəniyyətin qorunub saxlanması və birləşməsi naminə öz nurlu qəlbinin bir hissəsini, öz qüvvələrini, öz əməklərini, öz istedadlarını verirlər. Rusiya torpağında bu cür insanlar, bu cür şəxsiyyətlər həmişə çox olmuşdur. Böyük rus mədəniyyəti həmişə bu cür insanlarla zəngin olmuşdur. Qüdrətli və əzəmətli rus mədəniyyəti dünyanın bir sıra xalqlarının, bir sıra mədəniyyətlərinin bəhrələnmiş olduğu, bəhrələndiyi və bəhrələnəcəyi tükənməz bir çaya, çeşməyəoxşayır.Mən xoşbəxtəm və fəxr edirəm ki, MDU-nun Bakı filialının rəhbəri kimi, bir vətəndaş kimi ictimaiyyətə xidmət sahəsində fəaliyyətimlə böyük rus mədəniyyətini təmsil və təbliğ edə bilirəm. Bədii-estetik fikrə, rus fikrinə xas olan intellektin, müdrikliyin, gözəlliyin, insansevərliyin, alovlu qəlbin, məftun ruhun heyrətamiz vəhdəti və sintezi bu mədəniyyəti bütün dünyada bənzərsiz və təkrarsız edir\".

Nərgiz Paşayeva Azərbaycan KİV-lərinə müsahibəsində bu hadisənin əhəmiyyətini qiymətləndirərək
bildirib: "Bu, mənim həyatımda, taleyimdə xüsusi bir gündür. Bu, mənim təltif edildiyim ilk dövlət mükafatıdır və mərasim çox yaxşı, gözəl keçdi. Mən fəxr edirəm və xoşbəxtəm ki, Azərbaycan və Rusiya mədəniyyətlərarası münasibətlərinin tarixinə müəyyən töhfə verə bilirəm. Ümid edirəm ki, məhz mədəni əlaqələr sayəsində yer üzündə insanlar, xalqlar bir-birinə yaxın olacaqlar. Biz, bunda marağı olan, buna ruhunu və qəlbini sərf edən insanlar bugün, indi edə biləcəyimiz işləri gələcək nəslin çiyninə qoymayacağıq".

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə