Mənbə: “Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əsas prinsiplər təsdiq edilə bilər”

Mənbə: “Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əsas prinsiplər təsdiq edilə bilər”

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iyunun 24-də Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əsas prinsiplər təsdiq edilə bilər. SİA-nın xəbərinə görə, bunu İTAR TASS- agentliyinə danışıqlara hazırlığın gedişi ilə yaxından tanış olan ekspert deyib: "Ehtimal ki, "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əsas prinsiplər\" adı altında sənədin imzalanması və ya onun mətninə dair razılaşdırma prosesində əhəmiyyətli irəliləyiş ola bilər\", - o qeyd edib.

Qeyd edək ki, bu gün Rusiya prezidentinin rəsmi saytında Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iyunun 24-də Kazanda keçirəcək görüşləri barəsində rəsmi məlumat yerləşdirilib. Açıqlamada deyilir ki, görüş Rusiya prezidentinin mükafatı uğrunda keçiriləcək at yarışı çərçivəsində təşkil olunacaq: "Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan Dmitri Medvedevin dəvəti ilə Rusiya prezidentinin mükafatı uğrunda keçiriləcək ənənəvi at yarışına qatılmaq üçün Kazana gələcəklər. Növbəti üçtərəfli görüş çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərinin müzakirəsi planlaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə